image-mehemmed_qalibaf_turkicbackend

Qalibaf: “Atəşkəs yalnız blokada və gərginlik dayansa mümkündür”

Məhəmməd Baqir Qalibaf bölgədəki vəziyyət və mümkün atəşkəs barədə sərt açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, tam atəşkəs yalnız o halda mümkün ola bilər ki, dəniz blokadası aradan qaldırılsın və dünya iqtisadiyyatının “əsir götürülməsi” adlandırdığı vəziyyət dayandırılsın. Qalibaf həmçinin müxtəlif cəbhələrdə hərbi gərginliyin azaldılmasını tələb edib.

Onun sözlərinə görə, bu şərtlər yerinə yetirilmədən Hörmüz boğazının yenidən açılması mümkün deyil.

Qalibaf əlavə edib ki, hərbi təzyiq və güc tətbiqi İranın məqsədlərinə təsir göstərməyib və bundan sonra da nəticə verməyəcək. O, çıxışında İran xalqının hüquqlarının tanınmasının yeganə çıxış yolu olduğunu vurğulayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki