Polşa və Belarus arasında sərhəddə əsir mübadiləsi baş tutub.
İNFOAZ.MEDİA xəbər verir ki, tərəflər ümumilikdə 5 nəfərlik qarşılıqlı dəyişmə həyata keçiriblər. Belarus tərəfi 3 Polşa vətəndaşını 2 Moldova vətəndaşını azad edib.
Əvəzində Polşa tərəfi 5 Belarus vətəndaşını təhvil verib. Onların kəşfiyyat fəaliyyəti ilə əlaqəli olduğu iddia edilir.
Məlumata əsasən, razılaşmanın hazırlanmasında ABŞ-ın da vasitəçilik rolunun olduğu bildirilir. ABŞ rəsmilərinin prosesə diplomatik dəstək verdiyi qeyd olunur.
Rauf
























