image-1778152644_a677a727-9ceb-48bd-a395-e10b9e9cdb0fbackend

Pezeşkian Müctəba Xamenei ilə görüşdüyünü açıqladı

İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali Rəhbəri Müctəba Xamenei ilə bu yaxınlarda görüşdüyünü bildirib.
Bu barədə İran prezidentinin mətbuat xidməti məlumat yayıb.

Pezeşkianın sözlərinə görə, görüş “səmimi atmosferdə” və qarşılıqlı hörmət şəraitində keçib.

“Bu yaxınlarda Ali Rəhbər ayətullah Seyid Müctəba Xamenei ilə görüşdüm. Görüş səmimi atmosferdə baş tutdu və müzakirələr təxminən iki saat yarım davam etdi”, – deyə İran Prezidenti bildirib.

Məlumata görə, Pezeşkian görüş zamanı Xameneinin yanaşmasını “insani, səmimi və təvazökar” kimi qiymətləndirib.

Qeyd olunur ki, bu, Pezeşkianın Müctəba Xamenei ilə görüşü barədə ilk açıq açıqlamalardan biri kimi diqqət çəkib.// Bizim.Media


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki