image-rtxml49-1024x619backend

Pentaqon statistikası dəyişdi: yaralı hərbçi sayı 428-dən 413-ə endirildi

ABŞ Müdafiə Nazirliyi rəsmi itki statistikasında gözlənilməz dəyişiklik edilib.

Məlumata görə, yaralı hərbçilərin sayı izah verilmədən 15 nəfər azaldılıb və ümumi göstərici 428-dən 413-ə (bəzi hesabatlarda 411) endirilib. Bu dəyişiklik diqqət çəkib və suallar doğurub.

İNFOAZ.MEDİA yazır ki, keçmiş rəsmilər və mənbələr itkilərin izlənməsi üçün istifadə olunan DCAS sisteminin bəzi yaralanmaları və yüzlərlə hadisəni qeydə almaya biləcəyini iddia edirlər.

Bildirilir ki, bəzi hallarda xüsusilə gəmidə baş verən xəsarətlər və ya xəstəlik nəticəsində ölüm halları  rəsmi statistikaya daxil edilmir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki