ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn paraşütçü qüvvələrin döyüş hazırlığı ilə bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, generalın sözlərinə görə, paraşütçü hərbçilər istənilən an Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrdən atılaraq yerüstü əməliyyatlara başlamağa hazır vəziyyətdədirlər. O bildirib ki, bu qüvvələr əmrlə dərhal strateji əraziləri ələ keçirmək qabiliyyətinə malikdir.
General Keyn vurğulayıb ki, müasir paraşütçülər İkinci Dünya müharibəsi zamanı Siciliya və Normandiya əməliyyatlarında iştirak edən sələflərinin yolunu davam etdirirlər.
Qeyd edək ki, paraşütçü birliklər sürətli müdaxilə və strateji mövqelərin ələ keçirilməsi baxımından orduların ən çevik və hazırlıqlı qüvvələri hesab olunur.
Rauf
























