image-barackobama-799035cd446c443fb392110c01768ed0backend

Obama yadplanetlilərdən danışdı

ABŞ-ın sabiq prezidenti Barak Obama naməlum uçan obyektlər və “xarici varlıqlar”la bağlı yayılan sui-qəsd nəzəriyyələrinə münasibət bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, o, açıqlamasında bildirib ki, prezident olduğu dövrdə öyrəndiyi əsas məqamlardan biri dövlət strukturlarının böyük və gizli məlumatları uzun müddət gizlətməkdə effektiv olmamasıdır.

Obama qeyd edib ki, əgər ABŞ hökumətinin nəzarətində yadplanetlilərə və ya uçan naməlum obyektlərə aid real sübutlar olsaydı, bunun çoxdan ictimaiyyətə sızacağını düşünür. O, bu tip iddiaları tənqid edərək, belə məlumatların gizli qalmasının real olmadığını vurğulayıb.

Sabiq prezident zarafatla əlavə edib ki, belə bir şey olsaydı, onu qoruyan şəxslərdən biri belə “selfie çəkib paylaşardı” və bu məlumat artıq çoxdan üzə çıxardı.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki