image-zengezurrbackend

Türkiyədən Zəngəzur dəhlizi açıqlaması: Çox az qaldı Türkiyədən Zəngəzur dəhlizi açıqlaması: Çox az qaldı

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib ki, Türkiyə Cənubi Qafqazda sülhün təmin edilməsi səylərini dəstəkləyir və Bakı və İrəvan artıq bu istiqamətdə əhəmiyyətli irəliləyişlər əldə ediblər.

Yılmaz bu barədə jurnalistlərlə söhbətində deyib.

“İki ölkə (Azərbaycan və Ermənistan) arasında sülhün rəsmiləşməsinə çox az vaxt qaldığını söyləmək olar. Bundan sonra böyük strateji əhəmiyyətə malik Cənubi Qafqaz həm regional, həm də qlobal miqyasda fərqli bir rol oynamağa başlayacaq”, – deyə o qeyd edib.

Yılmazın sözlərinə görə, Orta Dəhlizin inkişafı və Zəngəzur Dəhlizinin açılması tranzit yük daşımalarının artımına töhfə verəcək.

“Ümumiyyətlə, bölgədə tarazlığın yaradılması həm təhlükəsizliyin, həm də rifahın artmasına səbəb olacaq”, – deyə Türkiyə rəsmisi vurğulayıb.// Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki