Prezident Əliyevə ən səmimi salamlarımı çatdırın.
İNFOAZ.MEDİA bakupost-a istinadən xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu İsrail və Azərbaycan arasında süni intellekt sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması mərasimində deyib.
“Biz həmişə deyirik: “Gələn il Yerusəlimdə (görüşərik – red.)”. Ona deyin ki, bu il Yerusəlimdə! Qoy gəlib bizi ziyarət etsin. O, çox səmimi və isti qarşılanacaq”, – Netanyahu bildirib.
























