Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 3,44 ABŞ dolları və ya 3,16% ucuzlaşaraq 105,55 ABŞ dollarına enib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,42 dollar və ya 3,23% ucuzlaşaraq 102,49 ABŞ dolları təşkil edib.
“URALS” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,2 dollar və ya 3,79% azalaraq 81,21 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,6 dollar və ya 3,45% azalaraq 100,59 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.
























