image-friedrich-merz-union-candidate-christian-democratic-union-of-germany-1backend

Merts İrana çağırış etdi: “Danışıqlara başlayın”

Almaniya kansleri Fridrix Merts İranla bağlı sərt açıqlamalar verib. O, Tehranın dərhal danışıqlar masasına qayıtmalı olduğunu bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Merts vurğulayıb ki, İran vaxt udmaq taktikasından imtina etməli və regionu, eləcə də bütün dünyanı “girov saxlayan” siyasətə son qoymalıdır.

Kanslerin sözlərinə görə, İranın hərbi nüvə proqramı tam və birdəfəlik dayandırılmalıdır. O, həmçinin İsrailə və regiondakı tərəfdaşlara qarşı hücumların dayandırılmasının vacibliyini qeyd edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki