image-friedrich-merz-union-candidate-christian-democratic-union-of-germany-1backend

Merts: “İran böhranı hələ həll olunmayıb”

Almaniya kansleri  Fridrix Merts İranla bağlı vəziyyət barədə yeni açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Merts bildirib ki, ABŞ və İsrail əvvəlcə bu problemin qısa müddətdə həll olunacağını düşünürdülər. Lakin onun sözlərinə görə, vəziyyət gözlənildiyi kimi tez həll olunmayıb.

Kansler vurğulayıb ki, bu səbəbdən Avropa tərəfi də diplomatik həll yolları üzərində işləməyə davam edir. O, münaqişənin danışıqlar yolu ilə həll olunmasının vacibliyini qeyd edib.

Merts əlavə edib ki, diplomatik nəticəyə ümid edir, lakin bunun təmin olunacağına tam əmin deyil.

Məlumatlara görə, Almaniya Avropa İttifaqı çərçivəsində İranla bağlı gərginliyin azaldılması və danışıqların bərpası üçün səylərini davam etdirir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki