image-qeydiyyat1-768x403backend

Mənzildə qeydiyyatda olan şəxsləri necə çıxarmaq olar?

Mənzil alqı-satqısı zamanı ən çox rast gəlinən problemlərdən biri mənzil üzərində qeydiyyatda olan şəxslərin çıxarılması məsələsidir. Belə ki, son illərdə müəyyən ödəniş qarşılığında qohumluq əlaqəsi olmayan şəxslərin başqasına məxsus mənzildə qeydiyyata düşməsi halları artıb. Adətən bu qeydiyyat 6 ay və ya 1 il müddətinə rəsmiləşdirilir. Lakin müddət bitdikdən sonra həmin şəxslərin qeydiyyatdan çıxarılması zamanı müxtəlif çətinliklər və hüquqi problemlər yaranır.

İNFOAZ.MEDİA xəbər verir ki, pravda.az-a açıqlama verən vəkil Arzu Alıyevanın sözlərinə görə, əvvəllər şəxslərin qeydiyyatdan çıxarılması problem yaradırdı.

O bildirib ki, artıq qərarlar dəyişib: “Əvvəl vətəndaş məhkəməyə verməli idi ki, həmin şəxslərin evdən istifadə hüququna xitam verilsin baxmayaraq ki, həmin adamların oradan istifadə hüququ yox idi. Daha sonra Konstitusiya Məhkəməsi qərar qəbul etdi ki, belə halda birbaşa məhkəməyə getməyə ehtiyac yoxdur. Daxili İşlər Nazirliyinin rayon üzrə polis idarəsinin pasport və qeydiyyat şöbəsinə müraciət edərək evin çıxarışını təqdim edərək bildirilməlidir ki, bu ev kimin mülkiyyətindədir və həmin adamın heç bir qohumluq əlaqəsi yoxdur, bununla da qeydiyyatdan çıxarılması istənilməlidir. Onlar həmin adamı qeydiyyatdan çıxarmalıdırlar. Yox, əgər çıxarılmasa, həmin polis idarəsindən imtina məktubu alınarsa, şəxs məhkəməyə müraciət edərək mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin polis orqanının üzərinə qoya bilər. Qeydiyyat şöbəsi üzərinə həmin vətəndaşı qeydiyyatdan çıxarmaq öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi verilir. Artıq məhkəməyə birbaşa vətəndaş verilmir. Nəticədə məhkəmə qərar qəbul edərək aidiyyatı qurum üzərinə öhdəlik qoyur ki, həmin adam qeydiyyatdan çıxarılsın”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki