Birləşmiş Ərəb Əmirlikləridə bütün məktəblər təhlükəsizlik səbəbilə müvəqqəti olaraq distant təhsilə keçirilib.
İNFOAZ.MEDİA xəbər verir ki, ölkədə uşaq bağçaları, dövlət və özəl məktəblər, həmçinin ali təhsil müəssisələri 5–8 may tarixlərində onlayn rejimdə fəaliyyət göstərəcək. Qərar şagirdlərin və təhsil işçilərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə qəbul edilib.
Bu addımın bölgədə gərginliyin artması və İran tərəfindən həyata keçirilən yeni hücumlar fonunda atıldığı bildirilir. Rəsmi qurumlar vəziyyətin daim izlənildiyini və mayın 8-də yenidən qiymətləndiriləcəyini açıqlayıb.
Qeyd olunub ki, zəruri hallarda distant təhsil müddəti daha da uzadıla bilər.
Rauf
























