Marko Rubio İranla bağlı sərt açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Rubio bildirib ki, İranın beynəlxalq su yolunu nəzarət altına almaq iddiası “qəbuledilməz” xarakter daşıyır. Onun sözlərinə görə, Tehran Hörmüz boğazı kimi beynəlxalq əhəmiyyətli dəniz marşrutuna nəzarət hüququna sahib olduğunu iddia edir ki, bu da qlobal təhlükəsizlik baxımından ciddi risk yaradır.
Rubio çıxışında qeyd edib ki, əgər dünya bu cür iddiaları qəbul etsə, digər ölkələr də öz ərazilərinə yaxın beynəlxalq su yollarında oxşar addımlar atmağa başlaya bilər. Bu isə qlobal ticarət və enerji daşımaları üçün ciddi təhdid yarada bilər.
Rauf
























