Fransa Prezidenti Emmanuel Makron beynəlxalq dəniz təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Makron bildirib ki, tanker gəmiləri, konteyner gəmiləri və ya üçüncü ölkələrə qarşı hər hansı eskalasiya və ya birtərəfli hücum ciddi səhv olardı.
Fransa lideri vurğulayıb ki, belə addımlar qlobal ticarət marşrutlarını risk altına sala və beynəlxalq sabitliyə mənfi təsir göstərə bilər.
Qeyd edək ki, son dövrlərdə dəniz nəqliyyatı və enerji daşımaları ətrafında təhlükəsizlik narahatlıqları artmaqda davam edir.
Jalə
























