Fransa Prezidenti Emmanuel Makron Ermənistana səfəri zamanı mühüm açıqlamalar verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Makron bildirib ki, Fransa imkanları daxilində hər zaman Ermənistan-ın yanında olub. O, eyni zamanda Rusiya-nın regiondakı roluna da toxunaraq qeyd edib ki, Moskva nə 2020-ci ildə, nə də hazırda gözlənilən dəstəyi göstərib.
Fransa lideri vurğulayıb ki, mövcud beynəlxalq şəraitdə Rusiyaya həddindən artıq güvənmək düzgün deyil və gələcəkdə də bu vəziyyətin dəyişəcəyi gözlənilmir. Makron əlavə edib ki, bu yalnız Ermənistanın yeni asılılıq formasını seçəcəyi təqdirdə fərqli ola bilər.
Rauf
























