Rusiyanın xarici işlər naziri Sergey Lavrov Diplomatlar Günü münasibətilə çıxışında Kuba və Venesuela ətrafındakı vəziyyətə toxunub.
İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, yalnız bu ölkələrin xalqları öz müqəddəratını təyin etmək hüququna malikdir və Moskva Kuba və Venesuela xalqları ilə həmrəyliyini davam etdirir. Bəyanat Rusiya XİN-in mətbuat xidməti tərəfindən yayılıb.
Lavrov vurğulayıb ki, Rusiya qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu beynəlxalq əməkdaşlığın tərəfdarıdır və neokolonial siyasətə, o cümlədən birtərəfli sanksiyalara və hərbi müdaxilələrə qarşı mübarizə aparır. O, həmçinin ABŞ sanksiyalarını tənqid edərək, Vaşinqtonun tanker daşımalarına maneələr yaratdığını və Hindistan da daxil olmaqla Rusiya tərəfdaşlarının ucuz enerji resurslarına çıxışını əngəlləməyə çalışdığını bildirib.
Rauf
























