Türkiyə və Yaponiya İstanbulda keçirilən SAHA 2026 sərgisi çərçivəsində ilk dəfə “Müdafiə Sənayesində Əməkdaşlıq Günü” tədbirini keçiriblər.
İNFOAZ.MEDİA xəbər verir ki, tədbir zamanı Türkiyənin Müdafiə Sənayesi İdarəsi (SSB) və Yaponiyanın ATLA (Acquisition, Technology & Logistics Agency) arasında müdafiə avadanlıqları və texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsinə dair niyyət məktubu imzalanıb.
Məlumata görə, tədbirdə Yaponiyadan 10-dan çox şirkət, o cümlədən Terra Drone, həmçinin Türkiyədən 20–30 müdafiə sənayesi şirkəti iştirak edib. Tərəflər pilotsuz uçuş aparatları (UAV), süni intellekt və qabaqcıl texnologiyalar sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Razılaşma Yaponiyanın yüksək texnoloji imkanları ilə Türkiyənin kütləvi dron istehsal potensialını birləşdirməyi hədəfləyir.
Rauf
























