İspaniya Ordusuna məxsus VAMTAC tipli hərbi texnika paraşütlə endirilmə təlimi zamanı qəzaya uğrayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, VAMTAC havadan endirilmə əməliyyatı zamanı bağlama sistemində baş verən nasazlıq səbəbindən təxminən 300 metr yüksəklikdən yerə düşüb.
Qəza nəticəsində hərbi maşın tamamilə sıradan çıxıb və ciddi maddi ziyan yaranıb. Hadisə ilə bağlı araşdırma başladılıb.
Rauf
























