ABŞ prezidenti Donald Tramp İranla müharibənin tezliklə başa çata biləcəyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Trampın sözlərinə görə, hazırda Vaşinqton və Tehran arasında aparılan danışıqlar “çox yaxın mərhələyə” çatıb. O vurğulayıb ki, əgər İran təklif olunan şərtləri qəbul etsə, müharibə sona çatacaq, əks halda isə ABŞ hərbi əməliyyatları daha da gücləndirə bilər.
Prezident həmçinin mümkün razılaşmanın əsas şərtlərindən birinin İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının ABŞ-a verilməsi olacağını iddia edib.
Məlumata görə, tərəflər arasında memorandum tipli ilkin razılaşma üzərində iş gedir və bu, münaqişənin başlanmasından bəri ən ciddi diplomatik irəliləyiş hesab olunur.
Eyni zamanda, Tramp daha əvvəl də bəyan edib ki, İran razılaşmanı qəbul edərsə, hərbi əməliyyatlar dayandırılacaq və regionda gərginlik azalacaq, əks halda isə daha sərt zərbələr endiriləcək.
Rauf
























