Abbas Əraqçibackend

İranın xarici işlər naziri Moskvaya səfər edəcək

İranın xarici işlər naziri Abbas Əraqçi bazar ertəsi Rusiyaya səfər edəcək.

İNFOAZ.MEDİA xəbər verir ki, o, səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putin ilə görüş keçirməyi planlaşdırır.

Bildirilir ki, görüş Moskvada baş tutacaq və tərəflər regional və beynəlxalq gündəmdəki aktual məsələləri müzakirə edəcəklər. Səfər, İran və Rusiya arasında davam edən diplomatik məsləhətləşmələrin tərkib hissəsi kimi qiymətləndirilir.

Məlumata əsasən, Əraqçinin Moskva səfəri onun Pakistan və Omanı əhatə edən regional turunun davamıdır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki