image-aptopix-iran-warbackend

İran Hörmüz boğazında yeni qaydalar tətbiq etdi – gəmilər üçün icazə sistemi yaradıldı

İran Hörmüz boğazından keçən gəmilər üçün yeni tənzimləmə sistemi tətbiq edib. Dövlət televiziyasının yaydığı məlumata görə, artıq bütün gəmilər bu strateji su yolundan istifadə etmək üçün xüsusi prosedurdan keçməlidir.

İNFOAZ.MEDİA xəbər verir ki, yeni qaydalara əsasən, boğazdan keçmək istəyən gəmilər əvvəlcədən İran tərəfini məlumatlandırmalıdır. Daha sonra onlara elektron şəkildə hərəkət qaydalarını əks etdirən bildiriş göndərilir. Bu şərtlərlə razılaşdıqdan sonra isə gəmilərə tranzit icazəsi verilir.

Bildirilir ki, bu icazələr yeni yaradılmış dövlət qurumu tərəfindən təqdim olunacaq. Sistem çərçivəsində gəmilər müəyyən edilmiş marşrutlara və təhlükəsizlik qaydalarına əməl etməlidir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki