image-336bf9ad1b019632fa28ddd6c17a6944backend

İddia: Ukraynadan oğurlanan taxıl İsrail limanlarına daşınır

Ukraynaya məxsus olduğu iddia edilən taxılın Rusiya vasitəsilə İsrailə daşınması ilə bağlı yeni məlumatlar yayılıb. Bildirilir ki, PANORMITIS adlı Rusiya gəmisinin Haifa Port limanına yaxınlaşdığı qeyd olunur. Daha əvvəl isə ABINSK adlı oxşar gəminin aprel ayında həmin limana daxil olaraq yükünü boşaldıb ərazini tərk etdiyi bildirilir.

İNFOAZ.MEDİA xəbər verir ki, Ukrayna tərəfi iddia edir ki, daşınan taxıl işğal olunmuş ərazilərdən çıxarılıb və Rusiya üzərindən ixrac olunur. Rəsmi Kiyev bu cür daşımaları “oğurluq” kimi qiymətləndirir.

Məlumata görə, 2026-cı il ərzində İsraildə artıq ən azı dörd belə taxıl partiyasının boşaldıldığı iddia olunur. Qeyd edilir ki, bu satışlardan əldə edilən gəlir dolayısı ilə Rusiyanın müharibə fəaliyyətinin maliyyələşdirilməsinə yönəlir.

Eyni zamanda, bəzi İsrail taxıl alıcılarının bu məhsulların mənşəyindən xəbərdar olduqları halda alış həyata keçirdikləri də iddia edilir. İsrail tərəfinin isə daha əvvəl oxşar hadisə ilə bağlı hər hansı tədbir görmədiyi bildirilir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki