image-1750614231_hormuzbackend

Hörmüz boğazında gərginlik: regional eskalasiya riski artır

İsraillə ABŞ arasında artan gərginlik fonunda Donald Tramp administrasiyasının İranla bağlı mümkün hərbi ssenariləri müzakirə etdiyi bildirilir.

İNFOAZ.MEDİA xəbər verir ki, İsrail tərəfi ABŞ ilə koordinasiyada olduğunu və Hörmüz boğazı ətrafında artan gərginliyin İranla əldə olunmuş atəşkəsi təhlükə altına saldığını iddia edir.

İsrailli mənbələr qeyd edir ki, Tehran üzərində təzyiqi artırmaq məqsədilə qısa müddətli və hədəfli hərbi əməliyyat planları hazırlanıb. Bu ssenarilərə İranın enerji infrastrukturuna və bəzi yüksək vəzifəli şəxslərinə zərbələrin endirilməsi də daxildir.

ABŞ tərəfinin isə hələlik yekun qərar vermədiyi, lakin danışıqlarda irəliləyişin olmamasından narazı olduğu bildirilir. Buna baxmayaraq, genişmiqyaslı müharibəyə çevrilə biləcək eskalasiyadan çəkinildiyi vurğulanır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki