image-16pol-moulton-kvbh-articlelargebackend

Heqset CİNAYƏT TÖRƏDİB – Moulton

ABŞ Konqresinin üzvü Seth Moulton hərbi ritorika ilə bağlı sərt ittihamlar səsləndirib. O, müdafiə məsələləri üzrə çıxış edən Pit Heqsetə “düşmənə mərhəmət göstərilməməsi” ilə bağlı əvvəlki açıqlamasını xatırladaraq bunun Cenevrə konvensiyası çərçivəsində müharibə cinayəti sayıldığını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Moulton qeyd edib ki, belə çağırışlar qanunsuz əmrlər kimi qiymətləndirilə bilər və bu, faktiki olaraq qətl anlamına gəlir. O, Heqsetdən bu sözlərinin arxasında durub-durmadığını soruşub.

Heqset isə cavabında “müharibə aparan tərəfin məqsədi qalib gəlməkdir” deyərək fikrini müdafiə edib.

Müzakirə zamanı Moulton əlavə olaraq bildirib ki, Heqset daha əvvəl demokrat konqresmenləri hərbçilərə qanunlara riayət etməyi xatırlatdıqları üçün “dövlətə xəyanətdə” ittiham etməyə çağırıb. O, bunun fonunda Heqset-in öz açıqlamalarını tənqid edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki