image-media-heqset-mk6iwnbackend

Heqset: ABŞ Hörmüz boğazı üzərində “qalxan” yaradıb

ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, Vaşinqton Hörmüz boğazı üzərində güclü müdafiə sistemi qurub.

İNFOAZ.MEDİA xəbər verir ki, ABŞ bu addımı “dünya üçün bir hədiyyə” kimi qiymətləndirir və bölgədə “qırmızı, ağ və mavi qübbə” yaradaraq beynəlxalq ticarət gəmilərinin təhlükəsizliyini təmin edir.

Heqset vurğulayıb ki, ABŞ qüvvələri boğazda 24 saatlıq nəzarət həyata keçirir və kommersiya gəmilərinin təhlükəsiz keçidini qoruyur. Bu tədbirlər “Project Freedom” adlı əməliyyat çərçivəsində həyata keçirilir.

Nazir eyni zamanda İranı regiondakı gərginliyə görə açıq şəkildə ittiham edərək bildirib ki, “İran açıq-aşkar aqressordur” və mülki gəmilərə qarşı təhdid yaradır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki