image-1777294460_1backend

Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ: Şimşək, dolu, qar…

Azərbaycanın rayonlarında aprelin 28-dən 30-u səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki