image-ani-20250609026-0_1749464225814backend

General Qhai regionda Türkiyə, Çin və Pakistan faktoruna toxundu

Hindistan ordusunun yüksək rütbəli zabitlərindən Rajiv Qhai regional təhlükəsizlik və mümkün hərbi təhdidlərlə bağlı açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Qhai çıxışında Pakistan və Çin arasında dərin strateji əməkdaşlığa diqqət çəkib və Pakistanın hərbi texnikasının təxminən 80 faizinin Çin istehsalı olduğunu bildirib.

O həmçinin regionda Hindistanın bir neçə potensial rəqiblə eyni vaxtda üz-üzə gələ biləcəyini qeyd edərək, Türkiyənin də mümkün oyunçular arasında göstərildiyini deyib. Lakin general vurğulayıb ki, Hindistan ordusu yalnız real meydanda qarşılaşdığı qüvvələrə fokuslanır və bu vəziyyət ölkə üçün idarəolunmaz bir risk kimi qiymətləndirilməməlidir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki