image-5791757021089566795backend

Fransa hərbi xərclərini ARTIRIR

Fransa 2030-cu ilə qədər müdafiə büdcəsinə əlavə 36 milyard avro ayıraraq ümumi hərbi xərcləri təxminən 449 milyard avroya çatdıracaq.

İNFOAZ.MEDİA xəbər verir ki, plan çərçivəsində əsas diqqət sursat ehtiyatlarının artırılmasına, hava hücumundan müdafiə sistemlərinə və nüvə başlıqlarının genişləndirilməsinə yönəldiləcək.

Məlumata görə, pilotsuz uçuş aparatlarının ehtiyatı 400 faiz, “SCALP” qanadlı raketlərinin sayı isə 85 faiz artırılacaq.

Fransanın illik müdafiə xərclərinin 2030-cu ildə 76,3 milyard avroya çatacağı və bunun 2017-ci illə müqayisədə təxminən iki dəfə çox olacağı bildirilib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki