Emmanuel Makron bildirib ki, Fransa ordusunun əsgəri, kapral Aniset Jirarden Livanda aldığı ağır yaralar nəticəsində vəfat edib.
İNFOAZ.MEDİA xəbər verir ki, 132-ci Kynotexniki Piyada Alayının üzvü olan hərbçi Suippes şəhərindən idi və Hizbullah döyüşçülərinin hücumu zamanı ciddi yaralanmışdı. O, ötən gün Fransaya gətirilsə də, bu gün səhər saatlarında aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Rauf
























