Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqına üzvlük prosesi ilə bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Fidan bildirib ki, Avropa İttifaqı daxilində Türkiyənin üzvlüyünü qəbul etmək üçün siyasi iradə mövcud deyil, hətta bütün şərtlər yerinə yetirilsə belə. Onun sözlərinə görə, bu proses faktiki olaraq illər əvvəl dayanıb.
Nazir qeyd edib ki, bu istiqamətdə əsas dönüş nöqtələrindən biri 2007-ci ildə baş verib və o dövrdə Fransanın keçmiş prezidenti Nikola Sarkozi Türkiyənin Aİ-yə üzvlük perspektivini faktiki olaraq bloklayıb.
Rauf
























