image-tbuh7ghguw29tk6pqr39hzewpl7mil9hs6u8cal6_1200backend

FBI direktorunun davranışı müzakirə yaratdı

ABŞ Federal Təhqiqat Bürosunun (FBI) direktoru Kaş Patel ilə bağlı yayılan məlumatlar ölkədə müzakirələrə səbəb olub.

İNFOAZ.MEDİA xəbər verir ki, Patel üzərində “Kaş Patel FBI Director” yazısı və FBI nişanı həkk olunmuş fərdi burbon şüşələrini həm əməkdaşlara, həm də mülki şəxslərə rəsmi tədbirlərdə paylayıb. Bildirilir ki, o, bəzi hallarda bu içkiləri ABŞ Ədliyyə Nazirliyinə məxsus təyyarələrlə daşıyıb.

Məsələ ilə bağlı danışan hazırkı və keçmiş büro rəsmiləri bu cür davranışın indiyədək görünmədiyini və peşəkarlıq baxımından uyğun hesab olunmadığını bildiriblər.

Qeyd olunur ki, sözügedən məlumat The Atlantic nəşrində dərc edilib. Hadisə ABŞ-da dövlət qurumlarında etik davranış qaydaları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Rauf

image-6044029888089493175-1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki