Türkiyənin ARCA Defense şirkəti İstanbulda keçirilən SAHA 2026 sərgisi çərçivəsində Estoniyada böyük hərbi-sənaye layihəsinə dair mühüm saziş imzalayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, razılaşmaya əsasən, şirkət Estoniyanın Põhja-Kiviõli bölgəsində 300 milyon avro dəyərində sursat fabriki inşa edəcək. Layihə ARCA-nın Estoniyadakı törəmə şirkəti vasitəsilə tam maliyyələşdiriləcək.
Məlumata görə, zavodda 155 mm artilleriya mərmiləri, 60/81/120 mm minaatan mərmiləri və 122 mm raketlərin istehsalı planlaşdırılır. Bu məhsullar əsasən Avropa və NATO ölkələrinə ixrac ediləcək.
İstehsalın 2028-ci ildə başlaması və layihə nəticəsində 1000-ə qədər yeni iş yerinin yaradılması gözlənilir.
Rauf
























