Ərdoğanbackend

Ərdoğan: Türkiyə-Səudiyyə-Pakistan müdafiə sazişi heç bir ölkəyə qarşı yönəlməyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan müdafiə sazişinin kollektiv çəkindirmə prinsipinə əsaslandığını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Ərdoğanın sözlərinə görə, saziş təhlükəsizlik və müdafiə əməkdaşlığının, birgə müdafiə sənayesi layihələrinin və terrorizmlə mübarizənin gücləndirilməsinə xidmət edəcək.

Türkiyə Prezidenti vurğulayıb ki, razılaşma heç bir ölkəni hədəf almır və regionda sülh, rifah və sabitliyin təşviq edilməsini dəstəkləyən digər qardaş ölkələrin də bu əməkdaşlığa qoşulmasına açıqdır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki