Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxan 7 və 8 avqust tarixlərində Yaşıl Teatrda konsert proqramı ilə çıxış edəcək.
İNFOAZ.MEDİA xəbər verir ki, sənətçi konsert öncəsi pərəstişkarlarını sevindirəcək xəbəri açıqlayıb. Röya Ayxan bildirib ki, repertuarında 4 yeni mahnı var və ənənəsinə sadiq qalaraq onları konsert zamanı ilk dəfə tamaşaçılara təqdim edəcək.
Xalq artisti yeni mahnıların pərəstişkarları tərəfindən necə qarşılanacağının onun üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Artıq təqdim olunan mahnılardan birinin xüsusilə ürəyincə olduğunu vurğulayıb.
Röya Ayxan həmçinin bildirib ki, konsert proqramının montaj edilərək daha sonra efirdə yayımlanması nəzərdə tutulur. Beləliklə, konsertdə iştirak edə bilməyən və evdə olan tamaşaçılar da sənətçinin yeni mahnılarını və səhnə performansını izləmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, Röya Ayxanın Yaşıl Teatrda keçiriləcək konsertinə maraq böyükdür. Sənətçinin yeni mahnılarının təqdimatı da gecənin əsas gözləntilərindən biri hesab olunur.
Təbriz
Посмотреть эту публикацию в Instagram
























