İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın İrana qarşı hücumlarını və regiondakı hərbi mövcudluğunu sərt tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Pezeşkian ABŞ-ın Minab məktəbinə zərbəsinin haradan həyata keçirildiyini sual edərək, hücumların İranın “müsəlman və dost ölkələri”ndəki ərazilərdən edildiyini bildirib.
İran Prezidenti qeyd edib ki, ölkəsi hücum etmək istəmir və yalnız özünə zərbə endirilən ərazilərə qarşı cavab tədbirləri görür.
Pezeşkian ABŞ-ın regionda hərbi bazalar yaratmasını da tənqid edib:
“Heç kəs deməyib ki, biz onların itaətkar xidmətçiləri olmalıyıq. Biz heç kimi təhdid etmək istəmirik, amma təhdidlərə də boyun əyməyəcəyik”.
O, həmçinin ABŞ-ı digər ölkələrin resurslarından istifadə etməkdə ittiham edib və İraqın neft gəlirlərini nümunə göstərib.
Rauf
























