image-6030363426707672718-1backend

Ukraynanın keçmiş müdafiə naziri Maskdan Starlink dəstəyini artırmağı istəyib

Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov vəzifədən ayrıldıqdan sonra da İlon Maskı Ukrayna ordusunun Starlink-dən hərbi məqsədlərlə daha geniş istifadəsinə razı salmağa çalışıb.

İNFOAZ.MEDİA xəbər verir ki, “The Atlantic”in yazdığına görə, Fedorovun iki müttəfiqi bildirib ki, Mask bu tələbi rədd edib. O, Starlink-in hərbi rolunun genişləndirilməsinin müharibəni daha da gərginləşdirə biləcəyini düşünür və “artıq razılaşmağın vaxtıdır” deyib.

Məlumata görə, Mask 2026-cı ilin əvvəlində Fedorovla birlikdə Rusiya qüvvələrinin Starlink-dən istifadəsinin qarşısının alınması istiqamətində əməkdaşlıq edib. Lakin Mask Ukraynanın Rusiya ballistik raket buraxılış qurğularına qarşı zərbələrdə Starlink-dən istifadə imkanının genişləndirilməsi ilə bağlı son müraciətini hələlik qəbul etməyib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki