ABŞ Senatı Lindsey O. Graham Rusiya və İranın Sanksiyalaşdırılması Aktını 86-11 səs çoxluğu ilə qəbul edib.
İNFOAZ.MEDİA xəbər verir ki, qanun layihəsi indi Nümayəndələr Palatasına göndəriləcək. Palatanın avqust tətilindən sonra məsələyə baxacağı gözlənilir.
Layihəyə əsasən, prezidentə Rusiya nefti və ya qazının ən böyük beş alıcısından idxala qarşı 100%-dək tarif tətbiq etmək səlahiyyəti verilə bilər.
Bundan əlavə, İranın enerji və silah sektorlarına qarşı sanksiyaların müddəti 2031-ci ilədək uzadılır. Rusiya ilə bağlı isə Vladimir Putin və onun yaxın çevrəsi, banklar, dövlət enerji layihələri və “kölgə donanması” hədəfə alınır. Rusiya məhsullarına birbaşa idxalda 500%-dək tariflər nəzərdə tutulur.
Rauf
























