Son günlər regionda müşahidə olunan isti və quraq havanın yerini tədricən sərin küləklərə verəcəyi gözlənilir.
Hava tətbiqi proqramlarında Bakıda növbəti həftənin əvvəlindən temperaturun düşəcəyi qeyd edilir.
Xüsusilə gələn həftənin sonu iki gün yağış yağacağı proqnozlaşdırılır.
Bundan başqa, avqustun ikinci yarısından etibarən regiona soyuq hava kütlələrinin daxil olacağı ehtimal edilir. Rusiya meteoproqnoz mərkəzinin sinoptiklərinin yaydığı məlumata görə, paytaxt Moskvada dolu, yağış yağacaq, intensiv külək əsəcək.
Gürcüstanın dağlıq rayonlarında da leysan, şimşək, dolu və güclü külək müşahidə olunacaq.
Azərbaycanın şimal rayonlarında isə gələn həftə yağış yağacağı gözlənilir.// Globalinfo
























