Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif Məkkədə cümə namazı qılıblar.
İNFOAZ.MEDİA xəbər verir ki, üç ölkənin liderinin müqəddəs şəhərdə eyni məkanda görüntülənməsi diqqət çəkib. Onlar cümə namazında iştirak edərək ibadət ediblər.
Məkkədə baş tutan görüş və birgə görüntülər Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasındakı yaxın münasibətlər fonunda xüsusi əhəmiyyət daşıyır. Üç ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlıq mövcuddur.
Qeyd edək ki, Məkkə müsəlmanlar üçün İslamın ən müqəddəs şəhəri hesab olunur. Burada yerləşən Məscidül-Həram və Kəbə dünyanın müxtəlif ölkələrindən gələn milyonlarla müsəlmanın əsas ziyarət məkanlarından biridir.
Rauf
























