Rəcəb Tayyib Ərdoğan yeni geosiyasi dövrə dair açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Türkiyə Prezidenti bildirib ki, ənənəvi güc elementlərinin yerini çoxqatlı və inteqrasiya olunmuş sistemlərin aldığı yeni mərhələdə Türkiyə əsas qurucu aktorlardan biri kimi çıxış edir.
Ərdoğan qeyd edib ki, dəyişən beynəlxalq nizamda ölkələr artıq təkcə hərbi güclə deyil, texnologiya, diplomatiya və iqtisadi imkanların birgə istifadəsi ilə mövqe qazanır. Onun sözlərinə görə, Türkiyə bu yeni sistemin formalaşmasında fəal rol oynayan ölkələrdən biridir.
Jalə
























