İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin müharibədən sonrakı mövqeyi ilə bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Nazir bildirib ki, Çin tərəfi də hesab edir ki, müharibədən sonrakı İran əvvəlki İranla müqayisədə fərqli vəziyyətdədir. Onun sözlərinə görə, Tehran beynəlxalq arenada mövqeyini gücləndirib və öz imkanlarını nümayiş etdirə bilib.
Əraqçi qeyd edib ki, bu dəyişikliklər fonunda İranla digər ölkələr arasında əməkdaşlıq üçün yeni mərhələnin başlanacağı gözlənilir. O, əlavə edib ki, bu məsələlər Vanq Yi ilə Pekində keçirilən görüş zamanı geniş şəkildə müzakirə olunub.
Bildirilib ki, danışıqlarda həmçinin müharibənin dayandırılması yolları, davam edən diplomatik proseslər, sanksiyalar və regional məsələlər də gündəmdə olub.
Rauf
























