İranın Xarici İşlər naziri Abbas Əraqçi bu gün Çinin paytaxtı Pekinə səfər edəcək.
İNFOAZ.MEDİA xəbər verir ki, Əraqçi səfər çərçivəsində Çin Xalq Respublikasının xarici işlər naziri ilə görüşəcək və tərəflər ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq prosesləri müzakirə edəcəklər.
Səfərin əsas məqsədinin Tehran və Pekin arasında diplomatik koordinasiyanın gücləndirilməsi və Yaxın Şərqdə davam edən gərginliklərin gündəmdə olması olduğu bildirilir.
Qeyd edək ki, Çin İranın regiondakı əsas siyasi və iqtisadi tərəfdaşlarından biri kimi çıxış edir və iki ölkə arasında mütəmadi yüksək səviyyəli görüşlər keçirilir.
Jalə
























