Nazirlər Kabineti “Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 001/2026/AZ)”i təsdiqləyib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərarda qeyd olunur ki, sənəd 6 ay sonra qüvvəyə minəcək. Həmin Texniki Reqlament onun qüvvəyə mindiyi tarixdən əvvəl istismara verilməmiş, istehsal prosesində olan və Azərbaycan Respublikası ərazisində istehlak bazarında dövriyyəyə buraxılacaq qurğu və avadanlıqlara tətbiq olunacaq.
Texniki Reqlament aşağıdakı qurğu və avadanlıqları əhatə edəcək:
























