Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
İNFOAZ.MEDİA xəbər verir ki, tərəflər bu həftə keçirilən əlaqə zamanı regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Netanyahu söhbət zamanı BƏƏ-nin təhlükəsizlik tədbirlərinə dəstəyini və həmrəyliyini ifadə edib.
Danışıq iki ölkə arasında son illərdə normallaşan münasibətlər fonunda diqqət çəkən diplomatik təmaslardan biri kimi qiymətləndirilir.
Rauf
























