Yanacaq daşıyan Rusiya gəmisi bir neçə həftədir ki, Kuba yaxınlığında Karib dənizində ilişib qalıb.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Mövcud məlumata görə, bu, Kubaya göndərilən təxminən 270.000 barel dizel yanacağı daşıyan “Universal” tankeridir. Gəmi aprelin ortalarından bəri adadan təxminən 1000 dəniz mili məsafədə qalıb.
Bildirilir ki, tanker sanksiya məhdudiyyətlərinə məruz qalıb və bu da onu saxlanma riski ilə üz-üzə qoyur, çünki ABŞ dəniz patrulları bölgədə aktivdir.
Vəziyyəti Kubanın yanvar ayının əvvəlindən bəri ciddi yanacaq çatışmazlığı yaşaması daha da ağırlaşdırır. Son enerji təchizatı Meksikadan gəlirdi, lakin sonradan kəsildi. Səbəb kimi ABŞ-ın artan təzyiqi və faktiki enerji blokadası göstərilir.// Publika.az
























