image-103725338_f078c393-3a8b-48e0-8c28-7c14a8255022-768x403backend

DİQQƏT: Bu şəxslər Azərbaycan vətəndaşlığından çıxarılacaq

Keçmiş SSRİ məkanında doğulan şəxslərə Rusiya pasportunun pulsuz verilməsi ilə bağlı yayılan məlumatlar postsovet ölkələrində ciddi müzakirələrə səbəb olub. Xüsusilə, bu təşəbbüsün gələcəkdə siyasi, hüquqi və təhlükəsizlik baxımından hansı nəticələr doğura biləcəyi diqqət mərkəzindədir. Ekspertlər hesab edir ki, belə addım təkcə humanitar məsələ deyil, həm də dövlətlərin milli təhlükəsizlik maraqları prizmasından qiymətləndirilməlidir.

Bəs keçmiş SSRİ-də doğulan şəxslərə pulsuz Rusiya pasportunun verilməsi Azərbaycanda hansı riskləri yarada bilər?

Siyasi şərhçi Azər Həsrət bildirib ki, Rusiya belə bir qanun qəbul edərsə, bu, həmin dövlətin daxili işi hesab olunacaq:

“Keçmiş SSRİ-də doğulduğu üçün Rusiya pasportu almaq istəyən şəxslərə hüquqi baxımdan mane olmaq çətindir. Ancaq məsələnin təhlükəli tərəflərini də gözardı edə bilmərik. Çünki həmin şəxslər avtomatik olaraq Rusiya vətəndaşına çevrilmiş olacaqlar”.

Hesab edirəm ki, keçmiş SSRİ-də doğulub hazırda Azərbaycan vətəndaşı olan şəxslər başqa ölkənin, xüsusilə də Rusiyanın pasportunu almaq istəyərsə, onlar könüllü şəkildə Azərbaycan vətəndaşlığından imtina etmiş sayılmalıdırlar”.

Azər Həsrət qeyd edib ki, gələcəkdə Azərbaycanda xarici dövlətin vətəndaşlarının sayının artması müəyyən risklər yarada bilər:

“Rusiya həmin pasportları paylayarsa və Azərbaycanın daxilində belə şəxslərin sayı çoxalarsa, bu, gələcəkdə ölkə üçün başağrısına çevrilə bilər. Ona görə də dövlət önləyici tədbirlər görməlidir”.

Təkcə Rusiya deyil, başqa ölkələrin də pasportunu bu şəkildə alan şəxslərə əvvəlcədən xəbərdarlıq edilməlidir ki, həmin pasportu əldə etdikdən sonra Azərbaycan vətəndaşlığına xitam veriləcək”.

Siyasi şərhçi əlavə edib ki, xarici pasport alan şəxslərin Azərbaycanda yaşaması məsələsinə də məhdudiyyət tətbiq oluna bilər:

“Əgər kimsə başqa dövlətin pasportunu alıb Azərbaycanda yaşamaqda davam etmək istəyirsə, ona bildirilməlidir ki, artıq xarici vətəndaş hesab olunur. Belə şəxslər müəyyən müddət — məsələn, 5 il ərzində pasportunu aldıqları ölkədə yaşamalıdırlar. Bu müddətdə onların Azərbaycanda daimi yaşamasına icazə verilməməlidir”.

Azər Həsrətin fikrincə, məqsəd gələcəkdə yarana biləcək təhlükələrin qarşısını əvvəlcədən almaqdır.// Konkret.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki