Çin Xarici İşlər Nazirliyi Tayvan məsələsi ilə bağlı sərt bəyanat yayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, açıqlamada vurğulanıb ki, “Tayvan müstəqilliyi” ideyasının davam etdirilməsi regionda gərginliyi artırır və bu istiqamətdə atılan addımların perspektivsiz olduğu qeyd olunub.
Nazirlik əlavə edib ki, müstəqillik cəhdləri nə qədər intensivləşsə də, nəticə etibarilə heç bir siyasi çıxış yolu yaratmayacaq.
Qeyd edək ki, Pekin uzun müddətdir Tayvan məsələsini “Çinin daxili işi” kimi qiymətləndirir və separatçı fəaliyyətlərə qarşı sərt mövqe sərgiləyir.
Rauf
























