Çin Xarici İşlər Nazirliyi Tayvan məsələsi ilə bağlı növbəti dəfə sərt bəyanatla çıxış edib.
İNFOAZ.MEDİA xəbər verir ki, dünyada yalnız bir Çin mövcuddur və Tayvan onun ayrılmaz tərkib hissəsidir. Rəsmi Pekin bildirib ki, ölkənin yenidən birləşməsi qaçılmaz prosesdir və bunu heç kəs dayandıra bilməz.
Çin tərəfi reunifikasiyanı ehtimal deyil, labüd nəticə kimi təqdim edib. Eyni zamanda qeyd olunub ki, Tayvanın müstəqilliyini hədəfləyən separatçı cəhdlər uğursuzluğa məhkumdur və heç bir nəticə verməyəcək.
Rauf
























