Ermənistanın baş naziri Nikol Paşinyan 9 mayda Moskvada keçiriləcək paradda iştirak etməyəcək.
Bu barədə Paşinyan jurnalistlərə açıqlamasında deyib.
Erməni baş nazir bunu ölkəsindəki seçki kampaniyası ilə əlaqələndirib. Bildirib ki, Moskvaya səfər zamanı Putinə paradda iştirak edə bilməyəcəyinin səbəblərini izah edib.
Paşinyanın paraddan imtina etməsi Mosva-İrəvan xəttindəki gərginlik fonunda xüsusilə diqqət çəkir.// Publika.az
























